Kubokun daha 5 matçı təxirə salındı

Kubokun daha 5 matçı təxirə salındı

İspaniya kubokunun daha 5 matçı təxirə salınıb. Bunu İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Dana qasırğasının nəticələri və daşqınlar səbəbindən bu addım atılıb. Bundan əvvəl “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları müvafiq olaraq 6 və 11 noyabra təxirə salınmışdı. 

“Manises” – “Xetafe”, “Ejea” – “Herkules”, “Jove” – “Real Sosyedad”, “Xeres” – “Seuta”, “Çiklana” – “Osasuna” görüşləri də siyahıya daxil edilib. 

ETOPAZ

Əvvəlki yazı

“Real”dan Vinisius qərarı

Növbəti yazı

“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu