Kubokda vida
“Qranada” İspaniya kubokundan kənarlaşdırılıb. La Liqa klubuna “Arosa” ilə 1-ci mərhələnin görüşündə texniki məğlubiyyət verilib.
Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qranada” kubokla vidalaşıb. Buna komandanın heyətində Adrian Lopesin oynaması səbəb olub.
Ehtiyat komandanın qapıçısı peşəkar statusa malik deyil. Bu üzdən onun oynaması qaydalara zidd hesab edilib.
Klublar ehtiyat komandanın 23 yaşadək futbolçularından yararlana bilər. Lopes isə bu ilin yanvarında 24 yaşını qeyd edib.