Kuboka start verildi
Azərbaycan kubokunda 2024/25 mövsümü start götürüb. I təsnifat mərhələsinin ilk matçı Şamaxıda baş tutub.
II Liqa təmsilçilərinin mübarizəsində “Şahdağ Qusar” “Kür-Araz”ı qəbul edib. Hesabı qonaqlar açsalar da, üç qol vuran Qusar klubu əzmkar qələbə qazanıb – 3:1.
“Şahdağ Qusar” II təsnifat mərhələsində “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu mərhələ oktyabrın 29-30-da keçiriləcək.