Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Krunoslav Renduliç: “Sabah üçün hazırıq”
Sabah Konfrans Liqası III təsnifat mərhələsinin cavab matçları keçiriləcək. Təmsilçimiz “Sabah” “Sent Patriks”i qəbul edəcək.
Oyundan öncə “bayquşlar”ın baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“İlk matçda məğlub olmuşuq. Bilirik ki, sabah çox ağır oyun olacaq. Şanslar hər iki komanda üçün bərabərdir. Çalışacağıq ki, şansımızdan istifadə edək. Sabah üçün hazırıq. Bəzi çatışmazlıqlarımız var. İvan Lepiniça qırmızı vərəqəyə görə cəzalı durumdadır. Çalışacağıq ki, bunun həllini tapaq. İlk hissədə oyuna nəzarət edirdik. Azlıqda qalandan sonra möhtəşəm performans göstərə bilməzdik. Fakt odur ki, biz uduzmuşuq. İlk oyundan əvvəl də demişdim ki, şanslar 50/50-dir”.