Kruniç Türkiyədə
“Milan”ın yarımmüdafiəçisi Rade Kruniç komandanı tərk edib. O, “Fənərbaxça”ya keçməyə yaxındır.
30 yaşlı bosniyalı müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün İstanbula uçub. Sözləşmənin bonuslar da daxil olmaqla 4,5 milyon avro olacağı bildirilir.