Kroosdan imtina qərarı
“Real”ın futbolçusu Toni Kroos “Mançester Siti”yə keçməkdən imtina edib. Almaniyalı yarımmüdafiəçi bu qərarı barədə İngiltərə klubunun nümayəndələrini də məlumatıandırıb.
İspaniya nəhəngi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Kroos arıq yanvarın 1-dən digər klublarla danışıqlar apara bilər. Mançesterlilər onu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırsa da, almaniyalı bunu istəməyib.
Qeyd edək ki, Toni mövsümün 18 oyununda 1 qol və 4 assistə imza atıb.