Kroos və Modriç Güləri razı saldı
“Real” Arda Güləri heyətinə qatmaq niyyətindədir. Komandanın yarımmüdafiəçiləri Toni Kroos və Luka Modriç bu transferdə Madrid klubuna kömək ediblər.
Onlar türkiyəli futbolçu ilə birbaşa əlaqə saxlayıb. Ulduz orta xətt oyunçuları ilə danışan Gülər nəhayət ki, İspaniya təmsilçisinin təklifini qəbul etmək qərarına gəlib.