Kroos “Mançester Siti”nin hədəfində
“Real”ın yarımmüdafiəçisi Toni Kroos komandanı tərk edə bilər. Onun xidmətində “Mançester Siti” maraqlıdır.
Futbolçu gələn yay azad agent kimi “Real”ı tərk edə bilər. Beləcə o, “şəhərlilər”in düşərgəsinə keçə biləcək.
MS almaniyalıya hər mövsüm 15 milyon avro ödəməyə hazırdır. İngiltərəlilərin baş məşqçisi Pep Qvardiola bu transferdə şəxsən maraqlıdır.