Kroos “İlin idmançısı” seçildi

Kroos “İlin idmançısı” seçildi

Toni Kroos “İlin idmançısı” adına layiq görülüb. 34 yaşlı almaniyalı “Sports Illustrated Deutschland” jurnalı tərəfindən ən yaxşı seçilib.

Yayda peşəkar karyerasını bitirən Kroos 2024-cü ildə “Real” ilə İspaniya çempionu, İspaniya Superkuboku və Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, o bu il həmçinin “Kicker” tərəfindən Almaniyanın 2023/24 mövsümündə ən yaxşı futbolçusu seçilib, “Tuttosport” tərəfindən “Golden Man” mükafatına layiq görülüb.

ETOPAZ

Əvvəlki yazı

”Atalanta” rekordla zirvədə

Növbəti yazı

Lebron Ceymsdən növbəti rekord