Krivotsyukun taleyinə aydınlıq gəldi
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Sitizen” klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub. Müdafiəçi yeni anlaşma ilə bağlı bildirib ki, Cənubi Koreyanın ən yaxşı klubu ilə müqaviləni uzatdığı üçün sevinclidir: “Ailəmə və Allaha hər şey üçün təşəkkür edirəm. Növbəti mövsümdə ən yaxşı Antonu, ən yaxşı mərkəzi müdafiəçisini görəcəksiniz!”.
Qeyd edək ki, 2023-cü ilin fevralında “Tecon Sitizen”in formasını geyinən Krivotsyuk komandanın heyətində 55 oyun keçirib. O, 3 qol, 2 assistlə yadda qalıb.