“Kristal Pelas”dan “Nyukasl”a
“Kristal Pelas”da ayrılıq yaşana bilər. Mark Qei komandanı tərk etməyə yaxındır.
“Nyukasl” ingiltərəli futbolçunu transfer etmək istəyir. “Sağsağanlar” yanvar ayında 24 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 80 milyon funt-sterlinqlik rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, “Kristal Pelas” Mark Qeini 2021-ci ilin yayında “Çelsi”dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.