“Kristal Palas”ın futbolçusu “Barsa” və “Yuventusun” hədəfində
“Barselona” və “Yuventus” “Kristal Palas”ın hücumçusu Vilfrid Zaha ilə marağlanır. Futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
İngiltərənin digər komandaları da oyunçu ilə maraqlanır, lakin xarici klublar Vilfrid ilə müqaviləni yanvarda bağlamağa hazırdırlar. Zaha özü karyerasında yeni addım atmaq istəyir.
“Qartallar” hücumçusu ilə müqaviləni uzatmaq istəyir. Londonlular onu klub tarixinin ən yüksək maaş alan futbolçusu etməyə hazırdırlar.
Qeyd edək ki, Zaha halhazırda həftəyə 130 min funt-sterlinq qazanır.