Kris Pol 4-cü pillədə
“Finiks”in ulduzu Kris Pol topalmada NBA tarixinin 4-cüsü olub. O, “Memfis”lə qarşılaşmada 3 dəfə topu ələ keçirib.
Bununla da Kris karyerasının göstəricisini 2446-ya çatdırıb. O, əfsanəvi Hari Peytonu (2445) arxada qoyub.
3-cü pillədə Maykl Cordan qərarlaşıb. Əfsanənin 2514 topalması var. Kris ona çatmaq üçün daha 68 dəfə fərqlənməlidir.
Qeyd edək ki, “Finiks” bu matçda 114:122 hesabı ilə uduzub.