Kreyçikova Mayamidən kənar qaldı
Dünyanın ikinci raketkası Barbara Kreyçikova Mayamidəki turnirdə iştirak etməyəcək. Gələn həftə başlayacaq yarışda onu Panna Udvardi əvəz edəcək.
Barbara bunadək İndian-Uellsdəki turnirdən də imtina edib. Buna tennisçinin zədələnməsi səbəb olub. Kreyçikovanın kortlara nə vaxt qayıdacağı dəqiqləşməyib.