Kreyçikova çempion oldu
“Uimbildon-2024”də qadınların mübarizəsinə yekun vurulub. Bu gün turnirin final matçı keçirilib.
Həlledici görüşdə Yasmin Paolini və Barbora Kreyçikova qarşılaşıb. Görüşün qalibi 3 setin yekununda müəyyənləşib. İlk iki setdə 6:2 hesablı nəticələr qeydə alınıb. Həlledici setdə daha inamlı çıxış edən çexiyalı tennisçi 6:4 hesabı ilə üstün olub.