“Kremoneze”nin baş məşqçisi bəlli oldu

“Kremoneze”nin baş məşqçisi bəlli oldu

“Kremoneze” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu barədə klubun mətbuat xidməti açıqlanıb.

Komandaya Davide Nikola başçılıq edəcək. Onunla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. Davide Nikolanın son iş yeri “Kalyari” və 52 yaşlı məşqçi ötən ay vəzifəsini tərk edib.

Qeyd edək ki, “Kremoneze” son mövsümdə B Seriyasını 4-cü pillədə başa vurub. Komanda pley-offda qələbə qazanaraq, A Seriyasına yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Ölkələrin UEFA reytinqi açıqlandı

Növbəti yazı

Finalçılar bəlli oldu