Kral Kubokunun vaxtı dəyişdirildi
İspaniya Futbol Federasiyası Kral Kuboku finalının vaxtının dəyişdiyini açıqlayıb. Daha əvvəl 25 apreldə Sevilyada keçirilməsi planlaşdırılan qarşılaşma gözlənilməz çətinliklərlə üzləşib.
Federasiyanın prezidenti Rafael Losanın qərarına görə, final matçı əvvəldə nəzərdə tutulandan bir həftə öncə – 18 apreldə keçiriləcək.
Xatırladaq ki, “Real Madrid” komandası artıq “Albasete”yə məğlub olaraq turnirdən kənarlaşıb. “Albasete” növbəti mərhələdə hazırkı çempion “Barselona” ilə üz-üzə gələcək.












