“Kral klubu”nda növbəti zədə
“Real”da daha bir itki baş verib. Komandanın müdafiəçisi Ferland Mendi zədələnib.
O, Çempionlar Liqasının “Atalanta” ilə matçında meydana çıxa bilməyəcək. Futbolçu Madrid təmsilçisinin “Jirona” ilə matçının (3:0) 81-ci dəqiqəsində əvəzlənib.
29 yaşlı futbolçu əzələsindən zədə alıb və Çempionlar Liqasının “Atalanta” ilə oyununa kimi sağala bilməyəcək.