Kovaçiç sıradan çıxdı

Kovaçiç sıradan çıxdı

“Mançester Siti”də ciddi itki baş verib. Komandanın yarımmüdafiəçisi Mateo Kovaçiç zədələnib.

Bunu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola açıqlayıb. O, bildirib ki, xorvatiyalı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Mançester Siti” Mateo Kovaçiçi ötən ilin yayında “Çelsi”dən transfer edib.

ETOPAZ

Əvvəlki yazı

Keyndən növbəti rekord

Növbəti yazı

Günün kuponu – 24.11.2024