Kovaçiç La Liqa yolunda
“Mançester Siti” və Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç İspaniyaya yollanacaq. “Atletiko” yarımmüdafiəçini transfer etməyi planlaşdırır.
Kovaçiçin Dieqo Simeonenin rəhbərlik altında oynamaq istədiyi bildirilir. Xorvat futbolçunun “Mançester Siti” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.