Kovaç rəsmən “Borussiya”da

Kovaç rəsmən “Borussiya”da

Niko Kovaç Dortmund “Borussiya”sının baş məşqçisi təyin olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Kovaç yanvarın 22-də istefaya göndərilən Nuri Şahinin gedişindən sonra boş qalan postu tutub. 53 yaşlı mütəxəssislə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Mütəxəssis “Borussiya”da işinə “Hoffenhaym”la matçdan sonra – fevralın 2-də başlayacaq.

Qeyd edək ki, Kovaç əvvəllər Xorvatiya millisi, “Ayntraxt”, “Bavariya”, “Monako” və “Volfsburq”u çalışdırıb.

ETOPAZ

Əvvəlki yazı

AFFA 4 futbolçunu ömürlük cəzalandırdı

Növbəti yazı

Cerrard postunu tərk etdi