Koutinyoya Türkiyədən təklif
Filippe Koutinyo karyerasını Türkiyədə davam etdirə bilər. “Aston Villa”nın yarımmüdafiəçinin xidmətində “Qalatasaray” maraqlıdır.
İstanbul klubu futbolçuya təklif göndərib. Türkiyədə transfer pəncərəsi fevralın 8-də bağlanacaq.
“Qalatasaray” braziliyalını sonradan almaq şərtilə icarəyə götürməyi planlaşdırır. Onun İngiltərə klubu ilə anlaşması 2026-cı ilin yayında başa çatacaq.