Koutinyo “Aston Villa”da
“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyonun “Aston Villa”ya keçidi razılaşdırılıb. Anlaşmaya əsasən, Braziliya millisinin üzvü mövsümün sonuna qədər Premyer Liqa klubuna icarəyə verilib.
30 yaşlı pleymeykerin maaşının böyük hissəsini ingilislər ödəyəcək. Gün ərzində Birminhemə yollanacaq futbolçu münasibətləri rəsmiləşdirəcək. “Aston Villa” onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malik olacaq. Qeyd edək ki, Koutinyonun “Barselona” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.