Koutinyo “Arsenal”ın hədəfində
“Arsenal” heyətini gücləndirmək niyyətindədir. London klubu icarə əsasında “Aston Villa”da çıxış edən “Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo ilə maraqlanır.
Birmingemlilərin oyunçunu 40 milyon avroya almaq imkanı var. “Topçular” Aston Villanın bu məbləği ödəyə bilməyəcəyini gözləyir. “Aston Villa”nın baş məşqçisi Stiven Cerrard da braziliyalını komandada saxlamaqda maraqlıdır. Cerrard və Koutinyo əvvəllər “Liverpul”da birlikdə çıxış ediblər.
Satınalma funksiyası aktivləşdirilməsə, “Arsenal” Koutinyonu almağa hazırdır. Londonlular ona Kataloniyada aldığı maaşı təklif etməyə və futbolçu ilə uzunmüddətli müqavilə bağlamağa hazırdır.