Koutinyo ərəblərlə razılaşdı
“Aston Villa”nın futbolçusu Filippe Koutinyo karyerasını Qətərdə davam etdirməyə yaxındır. Braziliyalı yarımmüdafiəçi “Əl-Duhail”ə keçidə razılıq verib.
31 yaşlı vinger şəxsi müqaviləsini razılaşdırıb. Onun transferi iki klub arasında danışıqlardan asılıdır.
Qeyd edək ki, ötən mövsüm 22 matça çıxan Koutinyo 1 qol vurub.