Kotsoyev finalda!
Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir. Bu gün daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Zelim Kotsoyev yarışa 1/8 finaldan başlayıb. O, Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb. Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşıb. Zelim bu dueldə də rəqibinə gücünü göstərib. İnamlı qələbə qazanan idmançımız finala vəsiqə qazanıb.