Kostiç “Tottenhem”in hədəfində

Kostiç “Tottenhem”in hədəfində

“Ayntraxt”ın yarımmüdafiəçisi Filip Kostiç karyerasını Premyer Liqada davam etdirə bilər. Serbiyalı futbolçu ilə “Tottenhem” maraqlanır.

London klubunun rəhbərliyi 29 yaşlı futbolçuya mümkün transferlə bağlı təklif edib. “Ayntraxt” tərəfinin transferə isti yanaşacağı gözlənilmir.

Futbolçu Avropa Liqasının 2021-22 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, bu mövsüm “Ayntraxt”ın heyətində bütün yarışlarda 43 matçda iştirak edib. Kostiç 7 qol vurub, 15 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Napoli” “Arsenal”ın təklifini rədd etdi

Növbəti yazı

Zidan PSJ-yə keçməyəcək