Kostiçə İngiltərədən təklif

Kostiçə İngiltərədən təklif

Filip Kostiç karyerasını İngiltərədə davam etdirə bilər. “Vest Hem” Serbiya yığmasının yarımmüdafiəçisini heyətində görmək istəyir.

London klubu futbolçunun formasını geyindiyi “Ayntraxt”a transferlə bağlı təklif göndərib. 29 yaşlı sol vingerin müqaviləsi qarşıdakı mövsümün sonunda başa çatacaq.

Kostiç “Ayntraxt”da 169 matç keçirib. Onun hesabında 33 qol və 63 assist var.

ETOPAZ

Əvvəlki yazı

“Ayaks”a qayıdış

Növbəti yazı

Premyer Liqanın təqvimi