Koşta “Mançester Yunayted” yolunda
“Mançester Yunayted” heyətinə qapıçı qatmaq niyyətindədir. Klub “Porto”nun qapıçısı Dioqo Koşta ilə maraqlanır.
İngiltərəlilərin baş məşqçisi Erik ten Haq artıq transferi təsdiqləyib. Lakin “qırmızı şeytanlar”ın rəhbərliyi “Porto”nun tələb etdiyi 75 milyon avronu çox yüksək hesab edir.