Kosta komandasını dəyişir

Kosta komandasını dəyişir

“Yuventus”un futbolçusu Duqlas Kosta icarədə olduğu “Qremio”nu tərk edəcək. 31 yaşlı vinger aldığı təkliflərdən birini qəbul etmək niyyətindədir.

Duqlas Braziliya, MLS, Qətər və Səudiyyə Ərəbistanı klublarına maraqlıdır. Onun “Qremio” ilə müqavilə 2022-ci, “Yuventus”la anlaşması 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kosta ötən mövsüm Braziliya çempionatının 25 oyununda 3 qol və 2 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 8-ci qələbə

Növbəti yazı

Dünyanın ən yaxşı futbol liqaları: Azərbaycan 60-cı yerdə