Korrea üçün sərt qərar

Korrea üçün sərt qərar

“Atletiko”nun hücumçusu Anxel Korreanı sərt cəza gözləyir. O, İspaniya çempionatının “Xetafe” ilə oyununda (1:2) hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. Futbolçu bu səbəbdən uzun müddətlik diskvalifikasiya oluna bilər.

La Liqa qaydalarına əsasən, hakimə, köməkçi hakimə, dördüncü hakimə, menecerlərə və ya idman səlahiyyətlilərinə qarşı təhqiramiz ifadələr işlətməyin cəzası 4-12 oyunluq diskvalifikasiyadır.

Xatırladaq ki, argentinalı forvard “Xetafe” ilə matçın 87-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, meydandan qovulanda hakimin ailəsinə qarşı bir sıra nalayiq ifadələr işlədib. 

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” 58 il sonra

Növbəti yazı

“İmişli”nin legioneri diskvalifikasiya olunub