Kontenin transfer siyahısı müəyyənləşdi
“Tottenhem”in transfer siyahısı bəlli olub. Baş məşqçi Antonio Kontenin heyətinə qatmaq istədiyi futbolçuların adları müəyyənləşib.
“Spurs” müdafiəçilər Pau Torres (“Vilyarreal”) və Ced Spens (“Middlesbro”), yarımmüdafiəçilər Kristian Eriksen (“Brentford)” və Rafinya (“Lids”), eləcə də hücumçu Riçarlisonla (“Everton”) maraqlanır. Bununla yanaşı, Konte artıq müdafiəçilər Serxio Requlyon və Emerson Royal, yarımmüdafiəçilər Tanqe Ndombele, Covanni Lo Selso və Steven Berqveyni istəmir.
Klubun transferlərə 150 milyon funt sterlinq ayıracağı gözlənilir.