Kontenin qərarı
“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte gələcək karyerası ilə bağlı yekun qərarını verib. İtaliyalı mütəxəssis bir müddət istirahət etmək niyyətindədir.
Konte karyerasında qısa fasiləyə ehtiyac duyub. O, bir il kənarda qalmağa qərar verib. “Yuventus”un baş məşqçisi postuna namizəd olan mütəxəssis tələsməməyi lazım bilib.
Qeyd edək ki, Konte klub rəhbərliyi və oyunçuları barədə müsahibədən sonra “Tottenhem”in baş məşqçi postundan kənarlaşdırılıb.