Konte “Yuventus”un maraq dairəsində

Konte “Yuventus”un maraq dairəsində

“Napoli”də ayrılıq yaşana bilər. Komandanın baş məşqçisi Antonio Konte mövsümün sonunda klubunu tərk etməyə yaxındır.

Mütəxəssis klub rəhbərliyinin transfer siyasətindən razı deyil. Ulduz məşqçi ilə Turinin “Yuventus” klubu maraqlanır.

Xatırladaq ki, Antonio artıq 2011-2014-cü illərdə “Qoca sinyora”da çalışıb.

Mövsümün bitməsinə üç tur qalmış “Napoli” 77 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan “İnter”i 3 xal qabaqlayır. 

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” ÇL-in II təsnifat mərhələsində

Növbəti yazı

“Qarabağ” – “Araz-Naxçıvan” oyununun təyinatları açıqlandı