Konte “Tottenhem”ə şərt qoydu
Antonio Kontenin “Tottenhem”in baş məşqçisi olmaq üçün qoyduğu şərtlər bəlli olub. İtaliyalı mütəxəssis İngiltərə klubundan 3 illik müqavilə tələb edib.
İllik maaşının 15 milyon olmasını istəyən Konte qış transfer pəncərəsində 3-4 vacib keçidin reallaşması şərtini irəli sürüb. Nunu Eşpiritu Santunu istefaya göndərəcəyi gözlənilən “Tottenhem” Premyer Liqanın 10 turundan sonra 8-ci pillədədir.
Konte baş məşqçi dəyişikliyinə hazırlaşan digər İngiltərə klubunun da hədəfindədir. Onun “Mançester Yunayted”in “sükanı arxası”na keçməsi də mümkündür.