Konte “Napoli” qərarı
“Napoli” baş məşqçi Antonio Konte ilə müqavilə müddətini artırıb. Bunu İtaliya çempionunun mətbuat xidməti açıqlayıb.
Neapol təmsilçisi bununla bağlı videoçarx paylaşıb. Konte ilə yeni razılaşma əldə olunduğu bu yolla açıqlanıb.
55 yaşlı mütəxəssisin maliyyə məsələləri üzündən komandanı tərk edəcəyi deyilirdi. Amma rəhbərliklə danışıqlar uğurla yekunlaşıb.
“Napoli” Kontenin rəhbərliyi ilə 2024/2025 mövsümündə İtaliya çempionu olub.