Konte 3-cü, Keyn 2-ci oldu

Konte 3-cü, Keyn 2-ci oldu

İngiltərə Premyer Liqasının XXXV turunda “Lester”lə keçirilən oyun “Tottenhem”in baş məşqçisi Antonio Konte və hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Londonluların 3:1 hesabı ilə qalib gəldiyi görüş Kontenin Premyer Liqada 100-cü matçı olub. “Çelsi”nin sabiq çalışdırıcısı bu 100 matçın 65-də qələbə sevinci yaşayıb. İtaliyalı mütəxəssis ilk 100 oyununda ən çox qələbə qazanan üçüncü məşqçi ünvanına yiyələnib. Manuel Pelleqrini ilə eyni göstəriciyə imza atan Konte hazırda yalnız Pep Qvardiola və Joze Mourinyodan geri qalır. Hər iki çalışdırıcı Premyer Liqadakı ilk 100 görüşünün 73-də rəqibini məğlubiyyətə uğradıb.

Oyunda fərqlənən Harri Keyn isə “Lester”ə qarşı keçirdiyi 14-cü qarşılaşmasında 17-ci qolunu vurub. Öz göstəricilərini yaxşılaşdıran Keyn hazırda yalnız Alan Şirerdən geri qalır. Əfsanəvi ingiltərəli futbolçu “Lids”i 20 dəfə məyus edib.

Qeyd edək ki, “Tottenhem” hazırda 61 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşır.

ETOPAZ

Əvvəlki yazı

Ten Haqın transfer siyahısındakı növbəti futbolçu

Növbəti yazı

Jorjinyo “Çelsi”dən ayrılacaq