Kontaveytin seriyası davam edir
“WTA Finals”da növbəti görüşlər keçirilib. Estoniyalı Anett Kontaveyt turnirdəki ilk matçında dünyanın üçüncü raketkası Barbora Kreyçikovanı məğlub edib – 6:3, 6:4.
Bu qələbə onun üçün ardıcıl 11-ci, son 20 oyunda 19-cu, 30 qarşılaşmada isə 27-ci qalibiyyətdir. Həmçinin, estoniyalı bu mövsüm beşinci dəfə top-10-da qərarlaşan rəqibindən güclü olub.