Kontaveyt karyerasını bitirməsi barədə danışdı
Anett Kontaveyt karyerasını bitirib. Uimbldon turniri onun üçün sonuncu olacaq.
Raketka ustasının bu addımı atmasına səbəb belində yaşadığı problemlər olub. İdmançı bu barədə açıqlama verib:
“Uzun müddət ayaq üstə duranda ya da oturanda belimdə ağrılar baş verir. İdmandan kənar adi işlərimi görəndə də bu halı yaşayıram. Əlimdən gələni elədim. Fasilə verdim, məşqlər etdim, amma heç nə kömək etmədi”.