Konseysao “Yuventus”da
“Yuventus” ötən mövsüm icarə əsasında heyətində çıxış edən Fransisko Konseysaonun transfer hüquqlarını rəsmi olaraq əldə edib. Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 32 milyon avro ödəyəcək. 22 yaşlı vinger “Yuventus” ilə 5 illik müqavilə imzalayıb.












