Konfrans Liqasının qrupları bəlli oldu

Konfrans Liqasının qrupları bəlli oldu

Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunub.

Qitənin üçüncü dərəcəli klub turnirinin püşkatmasında 32 komanda 8 qrupa bölünüb. Bu turnirdə qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq. 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Avropa Liqasında qrup üçüncüsü olanlarla görüşəcək. 

Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

A qrupu

“Başakşəhər” (Türkiyə)
“Fiorentina” (İtaliya)
“Harts” (Şotlandiya)
RFS (Latviya)

B qrupu

“Vest Hem” (İngiltərə)

“Styaua” (Rumıniya)

“Anderlext” (Belçika)

“Silkeborq” (Danimarka)

C qrupu

“Vilyarreal” (İspaniya)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Austriya” (Avstriya)

“Lex” (Polşa)

D qrupu

“Partizan” (Serbiya)

“Köln” (Almaniya)

“Nitsa” (Fransa)

“Slovaçko” (Çexiya)

E qrupu

“Alkmaar” (Niderland)

“Apollon” (Kipr)

“Vaduts” (Lixtenşteyn)

“Dnepr-1” (Ukrayna)

F qrupu

“Gent” (Belçika)

“Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya)

”Dyurqarden” (İsveç)

G qrupu

“Slaviya” (Çexiya)

ÇFR (Rumıniya)

“Sivasspor” (Türkiyə)

“Balikani” (Kosovo)

H qrupu

“Bazel” (İsveçrə)

“Slovan” (Slovakiya)

“Jalgiris” (Litva)

“Pünik” (Ermənistan)

ETOPAZ

Əvvəlki yazı

Tardye “Sent-Etyen” yolunda

Növbəti yazı

“Nyukasl” yeni transferini açıqladı