Konfrans Liqasının püşkü atıldı

Konfrans Liqasının püşkü atıldı

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizə aparan 16 komanda 8 cüt təşkil edib. Türkiyənin “Fənərbaxça” klubu “Sent-Jiloaz”la görüşəcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su PAOK-a rəqib olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək.

1/8 final
“Servett” – “Viktoriya”
“Ayaks” – “Aston Villa”
“Molde” – “Brügge”
“Sent-Jiloaz” – “Fənərbaxça”
“Dinamo” Zaqreb – PAOK
“Şturm” – “Lill”
“Makkabi” Hayfa – “Fiorentina”
“Olimpiakos” – “Makkabi” Təl-Əviv

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.02.2024

Növbəti yazı

“Liverpul”da Salaha əvəzləyici