Konfrans Liqasında yarımfinalçılar bəlli oldu
Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bu gün 4 cavab qarşılaşması baş tutub.
“AZ Alkmaar” “Anderlext”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 2:0. İlk oyunda da eyni hesab qeydə alındığından əlavə vaxta müraciət olunub. Burada da qalib müəyyənləşməyib və penaltilər seriyasına keçilib. Daha dəqiq olan niderlandlılar növbəti mərhələyə adlayıb – 4:1.
“Fiorentina” “Lex”i sınağa çəkib. 5 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb – 3:2. Lakin italiyalılar ilk oyunda 4:1 hesablı qalibiyyət əldə etdiyindən yarımfinala çıxan tərəf olub.
“Nitsa” “Bazel”lə qarşılaşıb. 2:2 hesabı ilə bitən ilk oyunun revanşında da heç-heçə qeydə alınıb – 1:1. Əlavə vaxtda daha bir qol vurmağı bacaran isveçrəlilər son 4 komandadan biri olub.
“Vest Hem” “Gent”i qonaq edib. İlk matç bərabərliklə (1:1) yekunlaşsa da, cavab oyununda britaniyalılar rəqibinə şans tanımayıb – 4:1.