Konfrans Liqasında yarımfinal cütləri
Konfrans Liqasında yarımfinal cütləri müəyyənləşib. 1/4 finalın cavab oyunlarından sonra kubok uğrunda mübarizəni davam etdirəcək 4 komanda iki cüt təşkil edib.
Yarımfinalda 4 fərqli ölkənin komandası mübarizə aparacaq. “Lester” “Roma” ilə, “Feyenoord” “Marsel”lə üz-üzə gələcək.
Yarımfinalın ilk oyunları aprelin 28-də, cavab görüşləri mayın 5-də baş tutacaq. Final isə mayın 25-də keçiriləcək.