Konfrans Liqasında təmsilçilərimizin rəqibləri bəlli oldu
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. Azərbaycan klublarının mümkün rəqibləri də bəlli olub.
Konfrans Liqasında mübarizəni davam etdirən “Neftçi” və “Sabah”, hənçinin Avropa Liqasında çıxış edən “Qarabağ” pley-offda qarşılaşa biləcəyi rəqibi tanıyıb. “Neftçi” “Beşiktaş” səddini adlasa, “Aris” (Yunanıstan) – “Dinamo” (Ukrayna) cütünün qalibi ilə görüşəcək. Bakılılar ilk matçı səfərdə keçirəcək.