Konfrans Liqasında klublarımızın rəqibləri müəyyənləşdi
Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə “Neftçi”, “Qəbələ” və “Zirə”nin rəqibləri müəyyənləşib.
II raundda Kipr klubu “Aris”lə qarşılaşacaq Premyer Liqanın gümüş mükafatçısı rəqibini üstələyəcəyi təqdirdə növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” ilk matçını evdə keçirəcək.
II təsnifat mərhələsində “Fehervar”la üz-üzə gələcək “Qəbələ” macarıstanlıları mübarizədən kənarlaşdırmağı bacarsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək. “Qəbələ” – “Fehervar” cütünün güclüsü III mərhələyə evdə başlayacaq.
“Zirə” – “Makkabi” matçlarından üstün ayrılacaq komanda isə III təsnifat mərhələsində “Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. “Zirə” avrokuboklarda yoluna davam edərsə, növbəti raundda ilk görüşünü evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də olacaq.