Konfrans Liqasında həftənin oyunçusu müəyyənləşir
Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Qarşılaşmalardan sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Bu ada iddia edən oyunçular müxtəlif 4 klubu təmsil edir. Həftənin oyunçusu olmağa PSV-dən Mauro Junior, Praqa “Slaviya”sından İra Sor, “Budyo Qlimt”dən Ulrik Saltnes və “Marsel”dən Dimitri Payet namizəddir.