Konfrans Liqasında həftənin ən yaxşısı müəyyənləşdi
Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Keçirilən görüşlərdən sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
PSV-nin hücumçusu Eran Zahavi rəqiblərini qabaqlayaraq bu ada layiq görülüb. İsrailli futbolçu “Kopenhagen”ə qarşı keçirilən səfər matçında (4:0) dubl edib.
Qeyd edək ki, namizədlər arasında Valenten Ronjyo, Vangelis Pavlidis və Filipp Vizinger də var idi.