Konfrans Liqasında 1/4 final cütləri
Konfrans Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib. Turnirin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutan tədbirdə 1/8 final səddini adlayan komandalar 4 cüt təşkil edib. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər, həmçinin finalın nominal meydan sahibi bəlli olub.
Konfrans Liqası
1/4 final (13 və 20 aprel)
- “Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
- “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
- “Anderlext” (Belçika) – “Alkmaar” (Niderland)
- “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)
1/2 final (11 və 18 may)
- 1-ci cütün qalibi – 4-cü cütün qalibi
- 2-ci cütün qalibi – 3-cü cütün qalibi
Final (7 iyun, Praqa, Çexiya)
1-ci cütün qalibi – 2-ci cütün qalibi