Konate PSJ-nin hədəfində
PSJ “Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate ilə maraqlanır. Fransa klubu Konateni heyətinə cəlb etməyə hazırlaşır.
Parislilər transferi qışda alınmasa belə, ən pis halda yayda həyata keçirməyə çalışacaqlar.
25 yaşlı futbolçunun hələ ötən mövsüm PSJ-yə keçidi gözlənilirdi. Amma razılaşma əldə olunmamışdı.
Konatenin “Liverpul”la müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq. Tərəflər artıq yeni sazişlə bağlı danışıqlar aparırlar.